Artıq texnologiyanın yüksək inkişafı bizə imkan verir
ki, biz daha rahat, ağıllı və təhlükəsiz bir evdə yaşayaq. Ağıllı ev (Smart
Home) texnologiyası vahid platforma üzərindən yüksək həssas toxunuşlu monitor,
proqram təminatı, ağıllı açarlar, sensor və digər köməkçi cihazlar vasitəsilə
yaradılmış bir texnoloji platformadır. Ağıllı ev istifadəçilərə rahatlıq, təhlükəsizlik,
qənaət, mərkəzdən və uzaqdan nəzarət və idarəetməsni təmin edən bir
texnologiyadır.
Evdə və ya çöldə olduğunuz zaman tək bir
toxunuşla bütün evinizi və evinizin bağçasını istədiyiniz kimi işıqlandıra bilərsiniz.
Siz bunu istər panel monitor üzərindən və ya istərsəniz mobil cihaz vasitəsilə
edə bilərsiniz.

Artıq Sizin Smartfonunuz Sizə evinizə uzaqdan
nəzarət etməyə və idarə etməyə imkan verən bir cihazdır. 3G və 4G
texnologiyalarının ökəmizdə kütləvi şəkildə istifadə edilməsi Ağıllı ev sisteminin
uğurla həyata keçirilməsinə imkan verir.
Ağıllı evlə bağlı xəbərləri və yenilikləri Facebook səhifəmizdən də izləyə bilərsiniz.
No comments:
Post a Comment