Monday, October 21, 2013

Ağıllı Ev (Smart Home) haqqında

Ağıllı Ev (Smart Home)


Artıq texnologiyanın yüksək inkişafı bizə imkan verir ki, biz daha rahat, ağıllı və təhlükəsiz bir evdə yaşayaq. Ağıllı ev (Smart Home) texnologiyası vahid platforma üzərindən yüksək həssas toxunuşlu monitor, proqram təminatı, ağıllı açarlar, sensor və digər köməkçi cihazlar vasitəsilə yaradılmış bir texnoloji platformadır. Ağıllı ev istifadəçilərə rahatlıq, təhlükəsizlik, qənaət, mərkəzdən və uzaqdan nəzarət və idarəetməsni təmin edən bir texnologiyadır.








Evdə və ya çöldə olduğunuz zaman tək bir toxunuşla bütün evinizi və evinizin bağçasını istədiyiniz kimi işıqlandıra bilərsiniz. Siz bunu istər panel monitor üzərindən və ya istərsəniz mobil cihaz vasitəsilə edə bilərsiniz.









Artıq Sizin Smartfonunuz Sizə evinizə uzaqdan nəzarət etməyə və idarə etməyə imkan verən bir cihazdır. 3G və 4G texnologiyalarının ökəmizdə kütləvi şəkildə istifadə edilməsi Ağıllı ev sisteminin uğurla həyata keçirilməsinə imkan verir.



Ağıllı evlə bağlı xəbərləri və yenilikləri Facebook səhifəmizdən də izləyə bilərsiniz.




















Monday, October 14, 2013